Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndərilib.
Demokratikmusavat.com xəbər verir ki, Portuqaliya Futbol Federasiyası (FPF) və 68 yaşlı mütəxəssis müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı razılığa gəlib. Rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.
Qeyd edək ki, Fernandu Santuşun sözləşməsi 2024-cü ilədək nəzərdə tutulmuşdu. 2014-cü ildən yığmanın sükanı arxasında olan mütəxəssis 2016-cı ildə komanda ilə Avropa çempionu tituluna sahib çıxıb. Portuqaliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeş seçməsinə 0:1 hesabı ilə uduzub.