"Real Madrid"in prezidenti Florentino Peres "Mançester Yunayted"dən ayrılandan sonra klubsuz qalan Kriştianu Ronaldunun klubun məşq bazasından istifadə etməsinə şəxsən razılıq verib.
Demokratikmusavat.com məlumatına görə, informasiyanı AS nəşri yayıb.
Xəbərdə Presin 37 yaşlı ulduza "bura sənin evindir, nə qədər lazımdırsa, o qədər qala bilərsən" söylədiyi vurğulanıb.
Qeyd edək ki, 2009-2018-ci illər aralığında "Real"da çıxış edən Ronaldu İspaniya nəhənginin bazasında 12 yaşlı oğlu ilə birgə hazırlaşır.