Lionel Messi bir təqvim ilində Argentina millisində şəxsi qol rekordunu yeniləyib.
Demokratikmusavat.com -ın məlumatına görə, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında nail olub.
Hazırkı mundialda 5 dəfə fərqlənən forvard 2022-ci ildə yığmadakı qolların sayını 16-ya çatdırıb.
Daha əvvəl Messinin Argentina seçməsindəki ən məhsuldar dönəmi 2012-ci ilə təsadüf edib. Təcrübəli oyunçu həmin vaxt 12 qola imza atmışdı.
Qeyd edək ki, DÇ-2022-nin yarımfinalında Xorvatiyanı 3:0 hesabı ilə üstələyən Cənubi Amerika təmsilçisi finala yüksəlib. Komanda həlledici görüşdə Fransa - Mərakeş cütünün qalibi ilə üz-üzə gələcək.