Futbolçuya bəraət verildi

 

İspaniya məhkəməsi braziliyalı futbolçu Neymarın 2013-cü ildə Braziliyanın “Santos” klubundan İspaniya “Barselona”sına transferi ilə bağlı qaldırılan dələduzluq işinə xitam verib.

"Demokratikmusavat.com" xəbər verir ki, həm 30 yaşlı hücumçu, həm də keçid zamanı maliyyə yeyintisində günahlandırılan digər şəxslər bəraət alıblar.

Məhkəmədə müqavilənin saxta olması sübuta yetirilməyib və oyunçunun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyən Braziliyanın DIS şirkətinin şikayəti rədd edilib.

Neymarla yanaşı, onun valideynləriə, “Santos” klubunun keçmiş prezidenti Odilio Rodrigesə, həmçinin “Barselona”nın sabiq rəhbərləri Sandro Rosel və Xosep Bartomeuya da bəraət verilib.(Report)

0.18644595146179