Ronaldu ilə baş məşqçi arasında gərginlik yaranıb

 

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu ilə baş məşqçi Fernandu Santuş arasında gərginlik yaranıb.

"Demokratikmusavat.com" Correio da Manha"ya istinadən xəbər verir ki, buna 68 yaşlı mütəxəssisin ulduz oyunçunu Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin hər 3 matçında əvəzləməsi səbəb olub. 37 yaşlı hücumçu maksimum dərəcədə çox şans qazanmaq istəyir.

İddiaya görə, məsələ Portuqaliya Futbol Federasiyasının nəzarətinə götürülüb. Qurum mundial dövründə komanda daxilində sabitliyin pozulmasını istəmir.

Qeyd edək ki, Portuqaliya millisi 1/8 finalda İsveçrə ilə qarşılaşacaq.

0.19504380226135