Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

 

"Məğlubiyyət xoş deyil. Uduzmaq həmişə acı olur. Bu gün çempionatda ən ağır oyunlarımızdan birini keçirəcəyimizi bilirdik".

"Report"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Gəncədə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, ölkə kubokunda qalib gəldikləri komandaya qarşı matç futbolçularda arxayınlıq yarada bilərdi: "Ona görə əvvəldən bunu demişdim. 2 futbolçunun olmaması meydançada sxemi dəyişdirmişdi. Zamiq Əliyev və Giorgi Kantariyanın yoxluğunu nəzərdə tuturam. Kantariyanın olmaması səbəbindən orta xəttdə topa nəzarəti itirmişdik".

Əhmədovun sözlərinə görə, artıq irəli baxmaq lazımdır: "Hər halda hərdən enməlisən ki, qalxa biləsən. Uğurlu çıxışımızın davamını gətirmək istəyirdik. Amma alındıra bilmədik. Məğlubiyyətin səbəbkarı başda mənəm".

0.20731496810913