“Azərbaycanda ilk şeirim Rəsul Rza sayəsində “Ədəbiyyat” qəzetində çap olunub”.
Demokratikmusavat.com xəbər verir ki, bu sözləri yazıçı Əlisa Nicat Baku TV-yə açıqlaması zamanı deyib.
O qeyd edib ki, həyatda ən böyük səhvlərindən biri Rəsul Rzanın ondan istədiyi balıq tələbini yerinə yetirməməsi olub:
“İki dəfə dedi mənə. Lənkəranlıyıq, zəng vuracaqdım, atam nə qədər lazımdısa, göndərəcəkdi. Sonra o da bərk hirsləndi. 10 il mənim Yazıçılar İttifaqına keçməyimə mane oldu”.
Daha ətraflı Baku TV-nin süjetində: