Vətəndaşlara göstərilən tibbi xidmətlərin qiyməti artıb

 


"Demokratikmusavat.com" xəbər verir ki, bahalaşma özünü bütün xidmət növlərində göstərib.
Dövlət Statistika Komitəsi də bunu təsdiqləyir. Terapevt, oftalmoloq, kardiloq və fizioterapevt xidmətlərində qiymət artımı daha çox qeydə alınıb. Bu xidmətlər üzrə qiymətlər ümumilikdə 10-25 faiz artıb.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşviq Məmmədli inflyasiyanın tibb sektoruna da təsir etdiyini bildirib. Onun sözlərinə görə, tibbi xidmətlər üçün lazım olan avadanlıqların qiymətlərindəki dəyişkilik bahalaşmanı qaçılmaz edir. Qiymət artımı özəl tibb müəssisələrində daha çox hiss olunur. Bu sahədə rəqabətin istənilən səviyyədə olmaması da qiymətlərə təsir edən amillərdəndir.

Vətəndaşlar da son vaxtlar tibbi xidmətlərdə bahalaşmanın olduğunu deyirlər.
Onlar bildirirlər ki, icbari tibbi sığortanın xidmətlər zərfini genişləndirməklə qiymət artımının qarşısını almaq olar.

0.21660399436951