Prezidentin çıxışı zamanı etirazçı anti-hökumət şüarları səsləndirib - VİDEO

 

İran Prezidenti İbrahim Rəisinin dünən Tehran əyalətinin İslamşəhr şəhərində çıxışı zamanı iştirakçılardan biri qəfil ayağa qalxaraq anti-hökumət şüarları səsləndirib.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

“Köhnə düşüncələrin qılafında qalmağı dayandırın! Bu günün işlərini sabaha təxirə salmağı dayandırın! Rüşvətxorluğu, korrupsiyanı və xətaları dayandırın! Dayandırın!”, - gənc etirazını bildirib.

0.15810203552246