Paralel.az ..."> Paralel.az ...">

Putinin məsuliyyəti göz qabağındadır

 

"Macarıstanın Ukraynadakı müharibəni dayandırmaq və sülhə nail olmaq üçün 150 min səbəbi var".

Demokratikmusavat.com xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Macarıstan Prezidenti Katalin Novak deyib.

"150 min səbəb Ukrayna ərazisindəki Transkarpatyada yaşayan 150 min macardır. Bir çox etnik macarlar Ukraynanın müdafiəsi üçün canlarını artıq veriblər", - Macarıstan Prezidenti bildirib.

Novak qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəyə görə məsuliyyəti göz qabağındadır:

"Macarlar həmişə və hər yerdə qan tökülməsinə qarşı çıxıblar. Biz Ukrayna ilə qonşuyuq və qonşularımız bizim köməyimizə arxalana bilərlər".

Macarıstan lideri vurğulayıb ki, tərəflər danışıqlar masasına qayıtmalı, diplomatik kanallar açılmalı, son məqsəd ədalətli sülh olmalıdır.

"2022-ci il müharibə ili oldu. Ümid edək ki, 2023-cü il bərpa və sülh ili olacaq", - Novak əlavə edib.

0.17403411865234