Amerikalılar "Qara Cümə"də rekord miqdarda pul xərclədilər

 

Bu il "Qara Cümə" satışları zamanı ABŞ sakinləri onlayn alış-verişə rekord məbləğdə - 9,12 milyard dollar xərcləyiblər. Eyni zamanda, internet vasitəsilə ümumi satışlar illik müqayisədə 2,3% artıb. Demokratikmusavat.com xəbər verir ki, bu barədə CNBC Adobe Analytics-in məlumatlarına istinadən məlumat yayıb.

Eyni zamanda, “İndi al, sonra ödə” sxemi üzrə alışlar kəskin şəkildə artıb. Bu rəqəm noyabrın 19-dan əvvəlki həftə ilə müqayisədə 78% artıb. Məqalədə vurğulanır ki, bu amil istehlakçıların bu şəkildə yüksək qiymətlər və inflyasiya ilə mübarizəsini davam etdirməsi ilə izah olunur.

ABŞ alıcıları arasında Qara Cümə zamanı mobil sifarişlərdə kəskin artım qeydə alınıb. Onlayn satışların demək olar ki, yarısı smartfonlarda həyata keçirilib (2021-ci ilin eyni dövrü ilə müqayisədə +44%).

Elvin 

Demokratikmusavat.com

0.19550609588623