Papa Fransisk ilə kardinalın telefon danışığı gizlicə qeydə alındı

 

Papa Fransisk ilə keçmiş əməkdaşı kardinal Ancelo Beççu arasında telefon danışığı gizli şəkildə qeydə alınıb. Demokratikmusavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

CNN-in məlumatına görə, bu hal kardinalın təqsirləndirildiyi mənimsəmə işi üzrə məhkəmə iclası zamanı üzə çıxıb. Məhkəmə 24 iyul 2021-ci il tarixli səs yazısını dinləyib. Səs yazısında Beççu Papadan Afrikada İslam yaraqlıları tərəfindən qaçırılan rahibənin azad edilməsinə kömək etmək üçün ödənişlərə icazə verdiyini təsdiqləməyi xahiş edib.

Elvin

Demokratikmusavat.com

 

0.17701387405396