"Putini əməliyyatları dayandırmağa çağırdım" - Olaf Şolts

 

"Rusiya prezidenti Vladimir Putin danışıqlarda bəzən rus dilindən alman dilinə keçir".

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Focus jurnalına müsahibəsində bildirib.

"O, alman və rus dillərini əvəz edir. Mənim rus dilini biliyim məktəbdə səkkiz saatlıq kursla məhdudlaşır", - Şolts Putinlə görüşü ilə bağlı sualı cavablandırarkən deyib. 

Eyni zamanda Almaniya kansleri Rusiya prezidenti ilə sentyabrda telefon danışığının sonuncu olduğunu vurğulayıb. “Biz o vaxtdan bəri bir-birimizlə danışmamışıq. Şoltsun sözlərinə görə, danışıqlar zamanı, o, dəfələrlə Putini Ukraynada hərbi əməliyyatları dayandırmağa, qoşunlarını çıxarmağa və bununla da sülh danışıqlarına yol açmağa çağırıb.

Elvin 

Demokratikmusavat.com

0.18854403495789