Osman Gündüz yazır...

 

"RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb ki, ‘’Açıq Məlumatlar Bazası’’ portalı təqdim olunub
Təsəvvür edin dünən Prezident fərman verib , eGov səlahiyyətlərini RİNN-ə, həm də məhz həmin Agentliyə verib.
Ləğv edilən eGov Mərkəzinin də bir neçə portalı vardı. Pərakəndə haldaydı.
Oxşar portalın biri də RİNN-də olan ‘’Açıq Məlumatlar Bazası’’ portalıydı.
İndi birdən kiminsə ağlına gəlib ki, onu yeniləsin.
Vallah anlamıram nə baş verir.
Yəni, bəlkə də portal günün tələblərinə cavab vermirdi, effektiv mexanizmlər yoxuydu. Köhnə standartlar əsasında hazırlanmışdı.
Amma doğurdanmı onu elə dərhal yeniləmək lazım idi.
Dəfələrlə deyilib ki, səmərəsiz prosesləri yeniləmək və rəqəmsallaşdırmaq daha ağır fəsadlar verir.
Prezidentin fərmanında mərkəzləşmədən, pərakəndəliyin aradan qaldırmasından söhbət gedir, amma adı çəkilən qurumun ilk addımları anlaşılmaz olur.
Düşünürəm ki, hazırda prioritet olan, Prezidentin fərmanına uyğun olaraq optimallaşma aparmaq, hüquqi əsaslar yaratmaq, artıq RİNN tabeliyinə keçən çoxsaylı portalları, eGov portalı, MyGov portalı, dxr.az portalı, Opendata.az Portalı və s. vahid bir mərkəzdə formalaşdırmaq daha doğru yanaşma olardı
Eyni zamanda daha doğru olardlı ki, İRİA nə üçün portalın içinin BOŞ olmasına diqqət çəkəydi.
Uzun müddıtdir ki, dövlət qurumları ora heç nə əlavə etmirlər.
Axırıncı yeniləmə az qala bir il öncə olub.
Sadəcə biabırçılıqdır.
Ona görə yenilənmə yoxdur ki, hüquqi əsaslar yoxdur. Heç bir dovlət qurumu öz arzusu ilə ora məlumat bazası yerləşdirmək istəmir.
İRİA -nın prioritetləri müəyyən etmək əvəzinə, "Açıq məlumat bazaları haqqında Qanun" layihəsini ortaya qoymaq əvəzinə, sektorda mərkəzləşmə əvəzinə ikinci, üçüncü dərəcəli işlərə önəm verməsi təəssüf doğurur.
Ümid edirəm RİNN tez bir zamanda Prezidentin ötən gün imzaladığı fərmana uyğun olaraq açıq məlumatlara və eGov məsələlərinə, rəqəmsal hökumətə və transformasiyaya vahid bir konseptual yanaşma ortaya qoyacaq."

Demokratikmusavat.com

0.16925287246704