Gecə saatlarında başlayan leysan iki uşağın həyatına son qoydu

 

İraqın Kərkük şəhərində gecə saatlarında başlayan aramsız leysan nəticəsində su basan evdə eyni ailədən iki uşaq həyatını itirib.

Demokratikmusavat.com xəbər verir ki, xilasedicilərin müdaxiləsi ilə ailənin digər üzvləri xilas ediliblər.

Kərkük Meteorologiya İdarəsinin yazılı açıqlamasında gecə saatlarından başlayan yağıntının proqnozlaşdırıldığı, lakin intensivliyinin proqnozlaşdırıla bilinmədiyi qeyd edilib.

0.19200491905212