Məhşur serialın aktyoru təcavüzə görə ittiham olunur - FOTO

 

Cənubi Koreyanın məşhur "Squid Game" serialının aktyoru O Yeonq-su cinsi təcavüzdə ittiham olunub.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, “Squid Game”də rol alan 78 yaşlı aktyorUN 2017-ci ildə bir qadına nalayiq şəkildə toxunduğu bildirilir.

“Yonhap” xəbər agentliyinin məlumatına görə, şikayətçi qadın polisə ilk dəfə ötən ilin dekabrında müraciət edib, lakin iş açılmamış aprel ayında bağlanıb.

Agentliyin xəbərinə görə, şikayətçi qadının tələbi ilə indi prokurorluq yenidən işi araşdırmağa başlayıb.

O Yeonq-su həbs tələbi olmadan cinsi təcavüzdə ittiham olunub.

Aktyor isə sözügedən ittihamları rədd edib.

AFP xəbər agentliyinin yerli mediadan topladığı xəbərlərə görə, Seuldakı Mədəniyyət Nazirliyi ittihamdan sonra onun yer aldığı hökumət reklamının yayımını dayandırıb.

Qeyd edək ki, O Yeonq-su “Qızıl Qlobus” mükafatlandırma mərasimdə ikinci plan aktyoru mükafatını qazanan ilk Cənubi koreyalı aktyordur.

Fidan

 

0.16848301887512