Diyarbakırda sərnişin avtobusu dərəyə aşıb

 

Türkiyənin Diyarbakır şəhərinin Bismil rayonunda sərnişin avtobusu dərəyə aşıb.

Demokratikmusavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəza yerinə polis, jandarma, sağlamlıq, xilasetmə qrupları sövq edilib.

Ekipajlar bəziləri avtobusda sıxılmış vəziyyətdə qalan sərnişinləri nəqliyyat vasitəsindən çıxarıb. 

Hadisədə nəticəsində 33 nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım briqadaları tərəfindən yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Yaralıların səhhətinin yaxşı olduğu bildirilir.

Billurə

 

0.16070294380188