Gələn il Qazaxıstan Senatına seçkilər keçiriləcək

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2023-cü il yanvarın 14-də Senata seçkilərin keçirilməsi ilə bağlı fərman imzalayıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə məlumat Akordanın (Prezident Administrasiyası) rəsmi saytında dərc olunub.

Qeyd edək ki, Qazaxıstan Senatına seçkilərdə ölkə vətəndaşları deyil, səlahiyyətli seçicilər, yəni məslihatın (yerli nümayəndəlik orqanı) deputatları iştirak edirlər.

0.15451288223267