Putinin Təhlükəsizlik Şurasının iclasındakı FOTOSU olay oldu

 

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasından öncə çəkilən foto  sosial medianın gündəminə çevrilib.

 “Demokratikmusavat.com ” xəbər verir ki, fotoda Putinlə Təhlükəsizlik Şurasının üzvləri arasında iki masanın boş olduğu aydın görünür.

Sosial mediada Putinin öz komanda üzvlərindən çox aralıda oturması ilə bağlı ən müxtəlif yozumlar var.  

Bir qism komandasına etimadsızlıq, bir qismi ehtiyatlılıq kimi izah edir.  



Mürtəza
Demokratikmusavat.com
0.20173096656799