Qurban Qurbanov: "Çox dinamik və baxımlı oyun oldu"

 

"Çox dinamik və baxımlı oyun oldu. Sadəcə, qol çatmadı. Bu da olsaydı, daha maraqlı alınardı. Hər iki komandanın çıxışından çox razı qaldım. Bu cür matçlar inkişaf üçün təkandır. Futbolçularım xarakter göstərdilər, sonadək mübarizə apardılar".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, futbolçular il boyu eyni tempdə oynaya bilməz: "Qarşımızda bacarıqlı komanda var idi. İlk dəqiqələrdə rəqibin istəyi daha çox idi. Hücuma tez çıxırdılar. Bəlkə də buna görə topa nəzarət edə bilmirdik. Bu cür matçlara hazır olmalıyıq".

O, statistikalarla maraqlanmağı xoşlamasa da, buna məcbur qaldığını söyləyib: "Komandanı hər oyuna yaxşı hazırlamaq baxımından önəmlidir. Uğurlu seriya ola bilər. Çempionluq istəyiriksə, bütün matçda qələbə qazanmağa çalışmalıyıq".

Baş məşqçi noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatına da toxunub: "Komandalarla maraqlanmamışam. İspan futboluna azarkeşlik edirəm. Onların çıxışını izləyəcəyəm. Amma favoriti açıqlaya bilməyəcəyəm".

0.13809990882874