Murad Musayev: "Futbolçular qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlar"

 

"Komandama təşəkkür edirəm. Uşaqlar əllərindən gələni etdilər. Meydanda əsl kollektiv gördüm".

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis azarkeşlərə minnətdarlığını bildirib: "Bəlkə də bu gün rekord vuruldu. Futbol belə olmalı, buna görə sevilməlidir. Qol olmasa da, müasir futbol izlədik".

O, matçın nəticəsinin ədalətli olduğunu söyləyib: "Oyunun müəyyən məqamlarında üstünlük bizim və ya rəqibin tərəfində oldu. Ümumi götürsək, heç-heçəni ədalətli nəticə sayıram".

Rusiyalı baş məşqçi azarkeş amilinin futbolçular üçün önəmli olduğunu vurğulayıb: "Onlar tamaşaçılar üçün oynayırlar. Bəzən fərqli şeylər göstərməyə çalışırlar".

Musayevin sözlərinə görə, qələbə üçün qol epizodlarında dəqiqlik çatmadı: "Əlimizə bir neçə yaxşı fürsət düşsə də, istifadə edə bilmədik. Həmin epizodları dəyərləndirsəydik, hər şey fərqli ola bilərdi".

Mütəxəssis deyib ki, mövqe uğrunda mübarizə aparmaq onların ziyanına işləyə bilər: "Qarşıda kubok matçımız var. Hazırda həmin görüşə hazırlaşmalıyıq".

Baş məşqçi futbolçuların qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlarlarını etiraf edib.

Musayev "Sabah" Rusiya Premyer Liqasında hansı yer uğrunda oynaya bilər" sualına belə cavab verib: "Burada necə mübarizə aparırıqsa, orada elə oynayarıq. Təəssüf ki, dəqiq proqnoz verə bilmərəm".

O, matçdan sonra Qurban Qurbanovla aralarındakı söhbəti də açıqlayıb: "Ona qarşı böyük hörmətim var. Bir-birimizə baxımlı oyuna görə təşəkkür etdik. Komandalarımız barədə xoş sözlər söylədik".

0.12704610824585