Rusiya Kerç boğazını bağladı

 

Rusiyadan kənarda yüklənmiş gəmilərin Kerç boğazından Azov dənizinə keçməsi qadağan edilib.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dəniz İşləri üzrə Baş İdarədən məlumat verilib.

Bildirilib ki, Rusiya Dəniz Administrasiyasından alınan bildirişə əsasən, Rusiya Federasiyası ərazisindən kənarda yüklənmiş gəmilərin Azov dənizinə keçidini təmin edən Kerç boğazından şimala hərəkəti qadağan edilib. 

0.15876507759094