Azərbaycana Rusiyadan 5 min manata at gətirilir

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycana Rusiyadan 6 baş at alıb.

Demokratikmusavat.com valyuta.az-a istinadən xəbər verir ki, bu atların alışına 11 min 740 ABŞ dolları pul xərclənib. 

Təkcə iyul ayında Azərbaycan Rusiyadan iki baş at alıb ki, bunların da dəyəri 5 min 490 ABŞ dolları olub. Rusiyadan alınan atın bir başının orta gömrük dəyəri 2 min 745 ABŞ dolları (4 min 667 manat) təşkil edib.

İyul ayında Türkiyədən bir baş at gətirilib ki, onun da gömrük dəyəri 1 200 ABŞ dolları (2 min 40 manat) olub.

 

0.21798491477966