"Neftçi"nin legioneri zədələndi

 

"Neftçi"nin futbolçusu Mamadu Mboc zədələnib.

"Demokratikmusavat.com" xəbər verir ki, seneqallı müdafiəçi evdə "Qəbələ"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XIV tur oyununda sıradan çıxıb.

Ayağından xəsarət alan 29 yaşlı oyunçu görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Solomon Kvirkveliya daxil olub.

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" oyununda ilk hissədən sonra hesab meydan sahiblərinin xeyrinədir - 1:0. Yeganə qolu 24-cü dəqiqədə Kenni Sayef vurub.

0.15097379684448