İsveçrənin Türkiyədəki səfiri XİN-ə çağırıldı

 

PKK terror təşkilatının üzvləri və onların tərəfdarlarının Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) binasına zorla daxil olmasına görə İsveçrənin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

"Demokratikmusavat.com" "axar.az"-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç məlumat verib.

O bildirib ki, səfirə İsveçrə hakimiyyətinin tolerant münasibəti fonunda kəskin etiraz edilib. Həmçinin, erməni terror təşkilatı ASALA-nın Türkiyənin İsveçrədəki Cenevrə Baş Konsulluğunun əməkdaşlarını şəhid etdiyini xatırladan T.Bilgiç PKK-nın hər cür fəaliyyətinin İsveçrə qurumları tərəfindən qarşısının alınmasının önəmli olduğunu vurğulayıb:

“Bu vasitə ilə beynəlxalq təşkilatlara ev sahibliyi edən İsveçrənin beynəlxalq hüquqdan qaynaqlanan öhtəliklərinin yerinə yetirməsini, qanlı terror qruplaşmasının propaqanda fəaliyyətinə son verməsini və terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verməsini gözləyirik”.

0.16232800483704