Zelenski: Ukrayna xüsusi təyinatlıları artıq Xersondadır

 

Ukrayna Prezidenti Volodimir Zelenski ordunun Xersona daxil olmasını şərh edib.

Dövlət başçısı bunu tarixi hadisə adlandırıb.

“Bu gün tarixi gündür. Biz Xersona qayıdırıq. Son məlumata görə ordumuz şəhərin bir addımlığındadır. Bir azdan şəhərə girəcəyik. Xüsusi təyinatlılarımız artıq şəhərdədir. Xersonlular bunu gözləyirdi. Onlar heç zaman Ukraynadan üz döndərməyiblər. Ukraynaya olan ümidlər hər zaman doğrulur, Ukrayna özünə aid olanı qaytarır” – deyə Zelenski vurğulayıb.

0.17450904846191