Bu ölkə Aİ-nin Ukraynaya birgə yardım planına qarşıdır

 

Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijjarto Avropa İttifaqı (Aİ) Komissiyasının Ukraynaya 18 milyard avroluq yardım paketini rədd etdiyini, lakin ölkəsinin ikitərəfli razılaşmalar çərçivəsində Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

Demokratikmusavat.com xəbər verir ki, nazir bu haqda feysbuk hesabında yazıb:

“Ukraynaya dəstəyimizi davam etdirməyə hazırıq, lakin bu günə qədər olduğu kimi ikitərəfli razılaşmalar çərçivəsində”.

Ölkəsinin AB Komissiyasının təklifini rədd etməsini tənqid edən Almaniya xarici işlər naziri Annalena Baerboka da reaksiya verən Szijjarto, “Həmkarım, xarici işlər naziri məsələni səhv başa düşür. Bizim AB-dən ortaq kredit almaqdan imtina etməyimiz taktiki deyil. lakin prinsipial məsələdir”.

Qeyd edək ki, noyabrın 9-da Aİ Komissiyası Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya 2023-cü il üçün 18 milyard avroluq yardım paketi təklif edib.

0.16839504241943