Çin, yoxsa Amerika: “Ermənistan da seçim qarşısında qala bilər”

 

ABŞ qurumlarına, o cümlədən xaricdə Çin telekommunikasiya avadanlıqlarından istifadə edən şirkətlərlə işləmək qadağan ediləcək.

"Demokratikmusavat.com" "Bizimyol.info"-ya istinadən xəbər verir ki, bunu Ermənistan İnternet İdarəçiliyi Forumu (ArmIGF-2022) zamanı “Ermənistanın İnternet İcması” təşkilatının vitse-prezidenti Qriqor Saqiyan deyib. Onun sözlərinə görə, ABŞ-ın Çin telekommunikasiya avadanlıqlarını qadağan etmək təşəbbüsü Ermənistana təsir göstərə bilər.

“2021-ci ildə ABŞ prezidenti Co Bayden Təhlükəsiz Avadanlıq Aktını imzaladı. Buna əsasən, milli telekommunikasiya tənzimləyicisi (FCC) telekommunikasiya avadanlıqlarının tədarükçülərinin qara siyahısını tərtib etməlidir. Çünki milli təhlükəsizlik baxımından ABŞ-da istifadə edilə bilməz.

Onu da xatırladım ki, oktyabr ayında Amerika nəşrləri Çinin ZTE və Huawei şirkətlərinin şəbəkə avadanlıqlarının qadağan oluna biləcəyi layihə haqqında məlumat da vermişdilər.

ABŞ dövlət qurumları artıq bunu rəhbər tuturlar: bir müddət əvvəl Ermənistanın domen adlarının qeydiyyatı ilə məşğul olan internet ictimaiyyəti ABŞ səfirliyindən sorğu alıb. Belə ki, təşkilatdan Huawei və ya ZTE avadanlıqlarından istifadə edib-etmədiyini bildirməsi istənilib.

Nəticədə faktiki olaraq iki internet yarana bilər: biri “Çin”, digəri “demokratik”.

Amma söhbət 5G şəbəkələrindən, yəni gələcək nəsildən gedir. Ermənistanda isə bu əlaqə hələ işləmir və hakimiyyət onun həyata keçirilmə vaxtı barədə danışmır”, - deyə Saqyan əlavə edib.

0.14989709854126