Polis avtomobilinin şüşəsini sındıran şəxslə bağlı AÇIQLAMA

 

Bu gün - noyabrın 11-də saat 16 radələrində bir qrup şəxs Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Demokratikmusavat.com" -a bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar: "Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.

Hazırda müvafiq araşdırmalar aparılır".

0.15482497215271