Serxio Ramosu Dünya Çempionatına aparmadılar

 

İspaniya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

"Demokratikmusavat.com" -ın  məlumatına görə, yığmanın baş məşqçisi Luis Enrike siyahıya 26 futbolçunun adını daxil edib.

Heyətdə Fransanın PSJ klubunda çıxış edən Serxio Ramos yer almayıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İspaniya, Kosta-Rika, Almaniya və Yaponiya ilə birlikdə E qrupunda mübarizə aparacaq.

0.15997576713562