Ermənistan dövlətdən əraziyə çevrilir, Azərbaycan bizi…  - Ovanesyan

 

Ermənistan dövləti hamının gözü qarşısında ermənilərin yaşadığı ərazilərə çevrilir. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ermənistanın Alternativ Layihələr Qrupunun eksperti Vahe Ovanesyan öz məqaləsində yazıb.

“Azərbaycan tərəfi bizi daim təhdid edir və alçaldır. Xalq bundan incimir və xalq olaraq geniş şəkildə ruhdan düşmə prosesi gedir. Biz xalq olaraq “qara qu quşu” intizarında yaşayırıq: sabah nə olacağını bilmirik, çünki dövlətimiz proseslərin ipini itirib”, - Ovaneysyan qeyd edib.

O əlavə edib ki, hökumət hər şeyə birtərəfli qaydada qərar verən və yalnız özünün uyğun gördüyünü edəcək bir şəxsdən ibarətdir: “Heç bir mühafizə mexanizmi yoxdur. O özünə tarixi eksperiment hüququ verib. Bütün dövlət sistemi bir nəfərin xidmət sisteminə çevrilib.

Müxalifətin indiki formaları açıq-aşkar tükənib və lazımi sosial konsolidasiyanı təmin edə bilmir, lakin eyni zamanda transformasiyaya böyük müqavimət var”.

Mürtəza
Demokratikmusavat.com

0.18719410896301