Azərbaycanda bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI

 

Cari ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi sentyabr ayına nisbətən 102,2%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 121% təşkil edib.

Demokratikmusavat.com  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım unun, makaron məmulatlarının, peçenyenin, vaflinin, mal, qoyun və toyuq ətinin, təzə balığın, südün, yoqurtun, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, portağalın, bananın, pomidorun, kartofun, soğanın, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, arağın, azalma isə əsasən almanın, naringinin, limonun, xiyarın, kələmin, balqabağın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

0.137943983078