Azərbaycanda inflyasiya 14%-ə çatır

 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,4%, qeyri-ərzaq məhsulları üzrə 107,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4% təşkil edib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, təkcə ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 %, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 115,6 % olub.

0.1538999080658