Şirkətlərin qiymətli kağız buraxması üçün yeni platforma yaradılır

 

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən emitentlərin daha çevik maliyyələşməsi üçün platformalar yaradılır. 

Demokratikmusavat.com ”ın məlumatına görə, bunu AMB-nin Kapital bazarlarına nəzarət departamenti direktorunun müavini Samir İsmayılov deyib. O bildirib ki, bu portalın ən geci bu ayın sonuna qədər istifadəyə verilməsi gözlənilir.

“Qiymətli kağızlar vasitəsilə maliyyələşmək istəyən şirkətlər elektron qaydada Mərkəzi Banka, Bakı Fond Birjasına, Milli Depozit Mərkəzinə müraciət edə biləcək və vahid pəncərə prinsipi əsasında qiymətli kağızların qeydiyyatı, depozitar sistemdə saxlamaya qəbulu və fond birjasında listinqə çıxışı təmin ediləcək. Bu da şirkətlərin maliyyələşmə çevikliyini artıracaq”, - deyə AMB nümayəndəsi vurğulayıb.

Könül
Demokratikmusavat.com

 

0.16210889816284