Azərbaycanda istiqrazlara zəmanət veriləcək

 

Azərbaycanda emissiya olunan korporativ istiqrazlara zəmanət veriləcək.

“Demokratikmusavat.com ”ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov deyib.

O bildirib ki, bu gün kreditlərə zəmanət mexanizmi İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən həyata keçirilir. Bu sxemə analoji olaraq korporativ istiqrazlara zəmanət İKZF tərəfindən həyata keçiriləcək.

“Prezidentin fərmanı ilə bunun hüquqi əsası yaradılıb. İstiqrazlara zəmantlərin verilməsi şərtləri ilə bağlı qaydalar İKZF tərəfindən hazırlanır. Hazırlanma başa çatdıqdan sonra Mərkəzi Bank qaydalara rəy verəcək. Hazırlıq prosesi tamamlandıqdan sonra onun 2023-cü ilin yanvar ayının sonuna qədər qüvvəyə minməsi nəzərdə tutulur”, - deyə S. İsmayılov vurğulayıb.

Könül
Demokratikmusavat.com

 

0.15980410575867