Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

 
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo PSJ-yə transferi istisna etməyib.
 
Demokratikmusavat.com -ın apasport.az-a istinadən məlumatına görə, 37 yaşlı superulduz “L'equipe” nəşrinə müsahibəsində Fransaya köçməyinin mümkünlüyünü vurğulayıb.
 
Portuqaliya millisinin üzvü Paris klubu ilə bağlı arzusunu gizlətməyib: “Qapının açıq olduğunu bilirəm. Özümü “Park de Prens”də 50 min portuqaliyalı mühacirin önündə oynayarkən xəyal edə bilirəm. Əla olardı”.
 
2018-ci ildə “Qızıl top”u qazanmadığı zaman karyerasını bitirməyi düşündüyünü etiraf edən Ronaldo bir il sonra “Real”dan “Yuventus”a transferi riskli addım adlandırıb.
 
Qeyd edək ki, bu mövsüm “Mançester Yunayted”in heyətində 16 oyunda 3 qol, 2 assistlə yadda qalan Kriştiano Ronaldo qış fasiləsində komandasını dəyişmək arzusundadır.
0.13435006141663