ABŞ və Çin liderləri G20 sammiti çərçivəsində görüşəcək

 

ABŞ Prezidenti Cozef Bayden noyabrın 14-də İndoneziyada "Böyük İyirmiliy"in (G20) sammiti çərçivəsində çinli həmkarı Si Cinpinlə görüşəcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.

Bayden Çinlə Ukrayna və KXDR ətrafında vəziyyəti, kütləvi qırğın silahlarının yayılmaması səylərini müzakirə etmək niyyətindədir.

0.14596319198608