Avropa Parlamenti Xorvatiya ilə bağlı qərarı dəstəklədi

 

Avropa Parlamentinin üzvləri Xorvatiyanın Şengen zonasına daxil olmasını dəstəkləyiblər.

"Demokratikmusavat.com"  xəbər verir ki, 534 deputat Şengen zonasına qoşulmağın lehinə, 53 deputat əleyhinə səs verib, 25 deputat bitərəf qalıb.

Bundan əvvəl Aİ Şurası Xorvatiyanın 2023-cü il yanvarın 1-dən Şengen zonasına daxil olmaq üçün bütün şərtləri yerinə yetirdiyini açıqlayıb.

0.22623991966248