Rusiya Türkiyə ilə bağlı bu təşəbbüsləri irəli sürəcək - Zaxarova açıqladı

 

Rusiya tərəfi G20 sammitində təbii qazın nəqli, taxıl və gübrə tədarükünün təşkili ilə bağlı Türkiyə ilə əməkdaşlığa dair təşəbbüslərlə çıxış edəcək.

"Demokratikmusavat.com" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Rusiya kommersiya və humanitar əsasda xarici bazarlara ərzaq məhsulları və enerji resurslarının tədarükündə etibarlı tərəfdaş olmağa davam etməyə hazır olduğunu təsdiq edəcək. Bununla belə, Rusiya istənilən qiymət təzyiqini və digər xarici təzyiq cəhdlərini rədd edəcək”, - o bildirib.

Qeyd edək ki, noyabrın 15-də İndoneziyanın Bali şəhərində G20 sammiti öz işinə başlayacaq.

0.50320196151733