İran qarşısına keçəni hədələyir: bu ölkəni də hədəfi aldı

 

Berlin Tehrana sanksiya tətbiq etsə, İran Almaniyaya cavab verəcək. 

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan öz tviter hesabında yazıb.

Abdullahiyanın mesajı Almaniyanın xarici işlər naziri Annalena Berboka ünvanlanıb.

“Təxribatçı, müdaxiləçi və qeyri-diplomatik mövqe incəlik və müdrikliyin sübutu deyil. Köhnə əlaqələri pozmaq uzunmüddətli nəticələrə səbəb olacaq. Almaniya ümumi problemləri və ya qarşıdurmanı həll etmək üçün əməkdaşlıq etməyi seçə bilər. Bizim cavabımız adekvat və qəti olacaq”, - İranın xarici işlər naziri yazıb.

Qeyd edək ki, bundan öncə İranın kəşfiyyat naziri 4 ölkənin – İsrail, İngiltərə, Səudiyyə Ərəbistanı və ABŞ-ı daxili sabitliyi pozmaqda ittiham edərək adı çəkilən ölkəri təhdid edib.

Mürtəza
Demokratikmusavat.com

0.15862989425659