Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

 

Azərbaycanın qadın paracüdoçusu Xanım Hüseynova Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə yaponiyalı Karusa Oqavaya qalib gəlib.

Bu çəkidə medal görüşləri başa çatdıqdan sonra mükafatlandırmə mərasimi olub. Mükafatları Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Vətən Müharibəsi şəhidi, cüdo ilə məşğul olmuş Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə təqdim edib.

Qeyd edək ki, bununla da Azərbaycan millisinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl kişilərdən 73 kq-da Namik Abbaslı, qadınlardan isə 48 kq-da Şəhanə Hacıyeva 3-cü yeri tutub.

0.16755104064941