Sadio Mane dünya çempionatında iştirak etməyəcək

 

Seneqal millisinin və Almaniya "Bavariya"sının futbolçusu Sadio Mane bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

Demokratikmusavat.com report-a istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı hücumçunun evdə "Verder"i 6:1 hesabı ilə darmadağın etdikləri Bundesliqanın XIV tur matçında zədələnməsidir.

Axill vətərində problem aşkarlanan təcrübəli forvardın sıraya qayıdacağı tarix bəlli deyil.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.

0.14737820625305