"Qarabağ" təxirə salınmış oyunda qələbə qazanıb

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış oyun keçirilib.

Demokratikmusavat.com ın məlumatına görə, "Qarabağ" səfərdə "Turan Tovuz"un qonağı olub. Görüş "köhlən atlar"ın qələbəsi ilə başa çatıb - 2:0.

Hesab 20-ci dəqiqədə açılıb. Meydan sahiblərindən Vüsal Məsimov avtoqol müəllifi olub. Digər qolu isə 37-ci dəqiqədə Kvabena Ovusu vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 39-a çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. Bu mövsüm ölkə çempionatında keçirdiyi 13 matçın hamısından qalib ayrılan Ağdam təmsilçisi ən yaxın izləyicisi "Sabah"ı 5 xal qabaqlayır. 15 xalı olan "Turan Tovuz" isə 6-cı pillədə qərarlaşıb.

0.1539089679718