“Qarabağ”ın müdafiəçisi: “Sabahkı oyunun ciddiyyətinin fərqindəyik” - FOTO

 

“Sabahkı oyunun ciddiyyətinin fərqindəyik”.

“Demokratikmusavat.com”ın məlumatına görə, bunu “Qarabağ”ın baş futbolçusu Bəhlul Mustafazadə Bakıda Almaniya “Frayburq”una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan öncə mətbuat konfransında deyib.

25 yaşlı oyunçu azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Keyfiyyətli komandaya qarşı oynayacağıq. Məqsədimiz qələbə qazanmaqdır”.

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

0.18433499336243