Azərbaycana borcu olan iranlı sahibkar məhkəməyə verildi

 

İran əsilli tanınmış iş adamı Mənuçehr Əhədpur Xangahın rəhbərlik etdiyi “Aztikintiyol” MMC-ni məhkəməyə verilib.

"Demokratikmusavat.com" xəbər verir ki, “Asfil” MMC Bakı Kommersiya Məhkəməsində “Aztikintiyol” MMC-yə qarşı iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

Xatırladaq ki, “Aztikintiyol” 2010-cu ildə yaradılıb. 100 manat nizamanə kapitalı  şirkətin qanuni təmsilçisi İran vətəndaşı Mənuçehr Əhədpur Xangah Əli oğludur.

Rəsmi məlumata görə, şirkətin Azərbaycan dövlətinə 267 min vergi borcu var.  

0.20532608032227