Paralel.az " xəbər veri ..."> Paralel.az " xəbər veri ...">

PSJ-nin üzvü dünya çempionatını buraxa bilər

 

Fransa millisinin futbolçusu Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.

Demokratikmusavat.com xəbər verir ki,  Fransa millisinin PSJ-də çıxış edən müdafiəçisi Presnel Kimpembe mundialın startına 19 gün qalmış zədələnib.

Axill vətərində problem aşkarlanan 27 yaşlı arxa xətt oyunçusu bu səbəbdən Paris klubunun İtaliyada "Yuventus"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçının heyətindən çıxarılıb. Onun nə vaxt sıraya qayıdacağı hələlik bəlli deyil.

Daha əvvəl Fransa yığmasının digər üzvləri - N Qolo Kante və Pol Poqbanın zədəyə görə mundialda iştirak etməyəcəyi açıqlanıb.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa millisi Avstraliya, Danimarka və Tunis seçmələri ilə birlikdə H qrupunda mübarizə aparacaq.

0.1713330745697