Paralel.az " xəbər verir ki, Cozef Bayden Floridada çıxış ..."> Paralel.az " xəbər verir ki, Cozef Bayden Floridada çıxış ...">

Bayden: "Oğlum orada öldüyü üçün İraq haqqında düşünürəm"

 

ABŞ Prezidenti çıxış edərkən səhvə yol verib.

Demokratikmusavat.com xəbər verir ki, Cozef Bayden Floridada çıxış edərkən Ukraynanı İraqla səhv salıb.

“Hazırda İraqdakı müharibə və Rusiyanın hərəkətləri səbəbindən neftə təsirlər inflyasiyanı qlobal problemə çevirib” - deyən Bayden daha sonra səhvini düzəldib - “Bağışlayın, Ukraynadakı müharibə”.

“Oğlum orada öldüyü üçün İraq haqqında düşünürəm. Buna görə öldü”-deyə, o əlvə edib.

Qeyd edək ki, Baydenin böyük oğlu Bo Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. 2015-ci ildə ABŞ-da xəstəxanaya yerləşdirildikdən sonra beyin xərçəngindən 46 yaşında vəfat edib.

Prezident daha əvvəl etiraf edib ki, oğlunun xərçəng xəstəliyinə tutulmasına səbəb ABŞ-ın hərbi obyektlərində, o cümlədən İraqda tullantıların yandırılması zamanı buraxılan zəhərli maddələrin təsiri ola bilər.

0.20297479629517