Serbiya ordusuna “hazır ol” əmri verildi

 

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo ilə gərginliyə görə orduya “hazır olmaq” əmrini verib.

“Demokratikmusavat.com ” xəbər verir ki, Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bu barədə yerli  televiziya kanalında ölkəsi ilə Kosovo arasındakı problemlərə dair açıqlama verən zaman danışıb.

"Prezident Aleksandar Vuçiç orduya hazır olmağı əmr etdi. Hazırda ordu Kosovodakı vəziyyətlə əlaqədar hazırlıq vəziyyətindədir", - deyə Vuçeviç bildirib.

0.16742205619812