Əfqanıstanda DİN-nin qadınlardan ibarət bölməsi yaradıldı

 

Taliban ölkədə etirazların qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin İctimai təhlükəsizlik bölməsinə qadınları işə götürüb.

Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, hazırda bu bölmədə xidmət etmək üçün 100 qadın toplanır.

Ekspertlərin fikrincə, onlardan qadınların etirazlarına qarşı istifadə olunacağı ehtimal edilir.

0.15620994567871