“Müharibə bitib” – Lukoşenko Qarabağdan danışdı 

 

“Ermənistan-Azərbaycan arasında müharibə başa çatıb. Bunun necə bitdiyi aydındır”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi Stanislav Zas ilə görüşündə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib. 

Lukaşenko qeyd edib ki, Rusiya artıq Ermənistanla Azərbaycan arasında vəziyyətin həllində vasitəçidir və bu, kifayət qədərdir: “Müharibə başa çatıb. Bunun necə bitdiyi aydındır. Tərəflər qərara gəldilər ki, onlara vasitəçi lazımdır.  Təbii ki, bu da Rusiyadır. Rusiya yüzlərlə insanı oraya yerləşdirib.  …Yaxşı, başqa nə lazımdır? Əbəs yerə deməmişəm ki, müəyyən oyun gedir. Mən başa düşürəm ki, oyun nədir, nə üçün Avropa İttifaqını, ATƏT-i ora sürükləyiblər. Yaxşı, niyə? Niyəsi başa düşülür. Onsuz da orada vasitəçi varsa, orada nə edəcəklər? Və KTMT-ni buna cəlb etmək lazımdır. Sanki məşğul olmaq üçün başqa heç nə yoxdur”, - Lukaşenko qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.1470639705658